ULDUZU BATMAQ
ULDUZU DOĞMAQ
OBASTAN VİKİ
Dan ulduzu
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
David ulduzu
"Davud ulduzu" (ivr. מָגֵן דָּוִד‏, "David qalxanı", Magen David (idiş dilində Magendo`vid kimi tələffüz olunur)) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur. Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Hz. Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edilməsi ehtimal edilir. masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub. Ancaq masonların bununla bağlı fərqli fikirləri vardır.
Davud ulduzu
"Davud ulduzu" (ivr. מָגֵן דָּוִד‏, "David qalxanı", Magen David (idiş dilində Magendo`vid kimi tələffüz olunur)) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur. Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Hz. Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edilməsi ehtimal edilir. masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub. Ancaq masonların bununla bağlı fərqli fikirləri vardır.
Dəniz ulduzu
Dəniz ulduzları (lat. Asteroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Təqribən 1600 müasir növü var. Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Əksəriyyətinin uzunluğu 12–25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. == Həyat tərzi və xarici quruluşu == Dəniz ulduzu dənizdə yaşayır. Suyu nisbətən az duzlu olan dənizlərdə yaşaya bilmir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür, dəniz çəkildikdə isə çox zaman daşların yosunların altında qalır. Bədən formaca beşguşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər.
Kvark ulduzu
Kvark ulduzu — varlığı sübut edilməmiş və mövcud olma ehtimalı çox az olan ulduz növüdür. == Tarixi == Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb. Lakin, bu ulduzun mövcudluğu haqqında olan bütün fərziyyələr indiyə kimi sübut edilməyib. == Xüsusiyyətləri == Kvark-qluon plazmasından ibarət olan kvark ulduzun mövcud olması üçün ulduz ölərkən baş verən cazibə içə çökməsi zamanı, protonları çox yüksək təziq altında kvarklara parçalanmalıdır. Amma, bu hadisənin baş vermə ehtimalı çox azdır, çünki protonun kvarklara parçalanması üçün lazım olan təziq və istilik o qədər yüksəkdir ki, ifratnəhəng ulduzlarda belə bunu ödəyəcək təziq və istilik yoxdur. Nəzəri olaraq, bu ulduzun plazmasının çoxu s-kvarklardan (qəribə kvark) ibarət olmalıdır, ona görə də, kvark ulduzu həm də qəribə ulduz adlandırılır. Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Əgər bu ulduz varsa, sıxlığı neytron ulduzlarına nəzərən daha çox olmalıdır. Orta hesabla 5–10 km radiusunun, 7–10 milyon il ömürünün olduğu təxmin edilir. Öləndən sonra kvark ulduzunun qara dəliyə çevriləcəyi fərz edilir.
Neytron ulduzu
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Qütb ulduzu
Qütb ulduzu (lat. Polaris) — Kiçik Ayı bürcündə yerləşən ən parlaq ulduz. Şimal qütbünə çox yaxındır və bu, mövcud şimal qütb ulduzunu meydana gətirir. Yenidən nəzərdən keçirilmiş Hipparკos parallaksı Qütb ulduzuna təxminən 433 işıq ili (133 parsek) məsafəsini verir, digər metodlarla hesablamalar isə təxminən 30% yaxındır. Qütb ulduzu başlıca ulduzdan ibarət olan üçlü ulduz sistemidir: Polaris Aa (sarı supernəhəng), Polaris Ab, Polaris B ilə orbitdə olan cüt. Bir zamanlar iki daha uzaq komponent - Polaris C və Polaris D kimi düşünülmüşdü, lakin bunlar Qütb ulduzu sistemi ilə fiziki olaraq əlaqələndirilməməsi göstərilmişdir.
Sirius ulduzu
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Səlcuqi ulduzu
Səlcuq ulduzu — qədim türk milli simvolu, damğası. Səlcuqlu memarlığında mədrəsə və məscidlərin divarlarına həkk olunmuş ən çox yayılmış simvollardan biridir.
Yer ulduzu
Yer ulduzu (lat. Aseroe rubra), Phallaceae familiyasından bir göbələk növü. Çürük(saprofit) bir növ olan yer ulduzuna ümumiyyətlə tropik bölgələrdə rast gəlinər və yetkinləşdiyində sıx pis bir qoxuya malikdir. Növün yetkin bir nümunəsi ortalama olaraq 8 sm uzunluğunda bir gövdəyə, 6 elə 10 arasında dəyişən ədəddə kola sahib olar; bu qolları ona ulduz bir şəkil verər ki adını da buradan götürmüşdür. Qolların ətraf mərkəzi qisimin rəngi ağ, qırmızı kimi müxtəlif rənglərdə ola bilərkən, bu qisimin ətrafında (qolların başladığı qisimlərdə) ümumiyyətlə qəhvəyi olan sporlar tapılar.
Zöhrə ulduzu
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Ölüm ulduzu
Ölüm ulduzu (ing. Death Star) — "Ulduz müharibələri" kainatında uydurma kosmik stansiya. Bütün planetləri məhv etməyə qadir olan son dərəcə dağıdıcı gücə malik super güclü enerji lazer silahları ilə təchiz edilmişdir. Qalaktik imperiyanın stansiyasının bir işləyən və bir yarımçıq variantı var idi. Sonradan "Ölüm ulduzu" daha da güclü super silah olan "Ulduz qatili" ilə əvəz olunmuşdur. == Təsiri == 14 dekabr 2012-ci ildə ABŞ-də ölkənin özünümüdafiə qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq üçün əsl "Ölüm ulduzu"nun yaradılması təklifi irəli sürülmüşdür. Petisiyada 26 mindən çox imza toplanmışdır. Barak Obama administrasiyası proqramın mümkün işə salınması variantlarını nəzərdən keçirməkdən rəsmən imtina etmişdir. == İstinadlar == == Xarici keçidlər == База данных по Звёздным войнам — Звезда Смерти Звезда Смерти на TheForce.net (ing.) описание ангара/дока 2037 — местонахождение притянутого лучом Захвата Звезды Смерти «Сокола Тысячелетия» (ing.)) описание северной траншеи Звезды Смерти (ing.)) Звезды Смерти — Строительство и Разрушения (Технические комментарии) (ing.)) Уточнение числа гиперпространственных генераторов Звезды Смерти для подпространственного перемещения, а также ссылка на Мимас, спутник Сатурна (ing.)) Одна из известных схем Звезды в разрезе (ing.)) Щипков Б. Р. Корабли — разрушители планет в фантастических сериалах и фильмах Что нужно знать про перемещения в подпространстве при помощи Системы гиперперехода, а также намек на Звездные Врата предтечей науки перемещения из анклава цивилизации Гри (см. Пр.
İlan ulduzu
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
Şeytanın ulduzu
Şeytanın ulduzu və ya orijinal adı ilə Qarabasma xaçı (norv. Marekors) – Norveç yazıçısı Yu Nesbö tərəfindən yazılmış cinayət romanı. Harri Hole seriyasının beşinci romanıdır. Kitab Sabir Sadıqov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur. == Hekayə == Gənc qadın öz mənzilində qətlə yetirilir və onun göz qapaqlarının altında beşguşəli ulduz şəklində qırmızı brilyant aşkar edilir. Detektiv Harri Hole əzəli rəqibi Tom Völerlə birlikdə hadisənin istintaqına cəlb edilir və başlanğıcda o iştirak etmək istəmir. Lakin Harri artıq son inzibati xəbərdarlığı alıb və alternativi azdır. Osloda qatil seriya cinayətlər törədir, kələfi açmaq üçün səfərbər olunmuş komandada ondan, alkoqol aludəçisi olan Harri Holedən peşəkar kimsə yoxdur.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. == Məqalənin məzmunu == Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Əmlaka sahib olmaq hüququ
Əmlaka sahib olma hüququ — Hüquqi noqteyi nəzərdən vətəndaşa məxsusdur. Əmlak sahibi ona məxsus olan əmlakın rəsmi qaydada sənədləşdirməsini təmin etməlidir. == Tarixi == Bu iddiaların tarixi mənşəyi və kökü qədim Roma hüququ ilə bağlıdır. Roma hüququnda mülkiyyət hüququ, əsasən, ya vindikasiya iddiası ilə, ya da neqator iddia ilə müdafiə olunurdu. == Mülki Hüquqda == Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmək mülkiyyətçisidir. Neqator iddasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Əmlakın həbsi, yəni onun siyahıya alınması və ona aid sərəncam verməyə qadağan qoyulması qanunda birbaşa nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi haqqında məhkəmə qətnaməsinin və ya əmlakın müsadirə haqqında hökmün icrasını, məhkəmədə iddianın qaldırılması (belə hallarda o,adətən, məhkəmə icraçısı tərəfindən həyata keçirilir) zamanı vətəndaşların və hüquqi şəxslərin digər əmək hüquqlarını təmin edən, yaxud vərəsəliyin açılması zamanı vərəsələrin əmlak hüquqlarını qorumaq məqsədilə (bu halda o, notarius tərəfindən həyata keçirilir) tətbiq edilən tədbirdi. == Əmlaka sahib olma hüququ Azərbaycan qanunvericiliyində == Azərbaycan Respublikasınln Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçini özü tərəfindən və ya mülkiyyətçini sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər.
Dan ulduzu (dəqiqləşdirmə)
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Slavyan Ulduzu 2009
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüsser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Slavyan Ulduzu Müsabiqəsi
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüsser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
İsa Səhər Ulduzu
İsa Səhər Ulduzu (kor. 기독교복음선교회) — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Kultun yaradıcısı Çon Men Sok İsanın xilaskarlıq missiyasını yerinə yetirə bilmədiyini, həqiqi xilaskarın özü olduğunu irəli sürərək 1970-ci ildə təmizlənmə rituallarına əsaslanan İsa Səhər Ulduzu kultunun əsasını qoymuşdur. Onunla intim əlaqə sayəsində bütün günahların silinəcəyini təbliğ edərək Çon yüzlərlə koreyalı qadınla münasibətdə oldu. Cazibədar qızları universitetlərdən seçərək sosial klublar, idman turnirləri və Bibliyanı öyrədən kurslar vasitəsilə aldadıb yığırdılar. 1999-cu ildə kütləvi informasiya vasitələrində zorlamalar haqqında ittihamlar dərc edilməyə başlayanda Çon Koreyadan qaçdı. O, növbəti 8 ili Yaponiyada, Honkonq və Tayvanda gizlənərək öz əməllərinə davam etdi. Lakin 2008-ci ildə Çində ələ keçirildi və Seulda 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir."Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır.
Altmış bir
Altmış bir — say sistemində ədədlərdən biridir. Altmışdən sonra, altmış ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Bir sabah
Bir sabah — Mübariz Tağıyev və "Tac" qrupunun ifa etdiyi mahnı. == Mahnı haqqında == "Bir sabah" mahnısını Mübariz Tağıyev "Tac" qrupu müşayiəti ilə birlikdə ifa etmişdir. Bu mahnı 1991-cı ildə "Bəxt üzüyü" filminin sonu üçün, final mahnısı olaraq yazılmışdır. Yaşar Baxış mahnının həm aranjimanını etmiş, həm də elektrogitarada ifa eləmişdir.Mahnının musiqisi bəstəkar Eldar Mansurova, sözləri isə şair Vaqif Səmədoğluna məxsusdur.
вико́нт доце́живание жили́чкин кти́тор лома́ться публи́чный разба́вленный соко... щебенчатый водопрово́дчик избы́точность обвало́вка переу́чиваться работорго́вля уча́лка фри́сби засатарить чурать(ся) copper pyrites выкопать выстроить круглосуточный обеденный отписать спеться